Mehriban Əliyeva və Leyla Əliyeva Şüvəlanda istirahət və sağlamlıq mərkəzinin açılışında - FOTO
07
noy
2018
19:49
Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.Mərkəzin binası 1986-cı ildə inşa edilib və uşaq düşərgəsi olub. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə burada yenidənqurma işləri aparılıb. Bundan sonra bu məkan “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərəcək.Birinci vitse-prezident Mehriban Əliyeva istirahət və sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevaya burada aparılmış yenidənqurma, təmir-bərpa və abadlıq işləri barədə ətraflı məlumat verildi.Qeyd edildi ki, uşaq və yeniyetmələr üçün maraqlı dizaynla qurulan düşərgənin binasında yenidənqurma işləri nəticəsində uşaqların daha rahat qalmaları, onların maraqlı, faydalı və əyləncəli vaxt keçirmələri üçün hər cür şərait yaradılıb. Bu məkan uşaqların sosiallaşması, asudə vaxtlarının təşkili, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsi üçün mühüm funksiya daşıyacaq. Mərkəzin həyətində əsaslı abadlaşdırma işləri aparılıb, yaşayış kompleksi və yeməkxana tamamilə yenilənib, yeni akvapark, parkur, yoqa və idman meydançaları, qaçış zolağı, kitabxana, akt zalı, yay səhnəsi, əyləncə zonası və s. inşa edilib. Təhlükəsizlik məqsədilə videomüşahidə sistemi qurulub. Uşaqlar üçün daha bir yenilik isə burada “Radio Cırtdan”ın fəaliyyət göstərməsi olacaq.Sovet dövründə düşərgə kimi fəaliyyət göstərən bu məkanda çoxlu sayda uşaq və yeniyetmə hər yay öz istirahətini maraqlı keçirirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da düşərgə fəaliyyətini davam etdirib. Hər il 1500 nəfərə yaxın uşaq və gənc bu mərkəzdə istirahət edir. Mərkəzdə aztəminatlı ailələrə və sağlamlıq imkanları məhdud olan yeniyetmələrə xüsusi diqqət göstərilir. Düşərgənin dəniz yaxınlığında yerləşməsi isə uşaqların yay aylarında istirahətini çimərlikdə keçirməsinə də imkan yaradır.BAKU.WS
Oxşar xəbərlər
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb.Fonddan BAKU.WS-ə verilən məlumata görə, Heydər Əliyev Fondun...