Məhkumlarla görüş və sovqat qəbulu dayandırıldı - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “report”a deyib.
O bildirib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir:
“Bununla əlaqədar olaraq Penitensiar Xidmətin müəssiələrində saxlanılan şəxslərinə görüş və sovqat qəbulu dayandırılıb”.
Qeyd edək ki, Azərbaycanda 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb və həmin şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Koronavirus düşünüldüyü qədər təhlükəli deyilmiş - TƏHLİL
Dünyanı təşvişə salan koronavirusun düşünüldüyü qədər təhlükəli olmadığı bəlli olub. Sağlam və immuniteti möhkəm olanlar bu virusa yoluxsalar belə, xəstəliyi yü...