Məhdudiyyətlər götürüldü, “Mall”lar açıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, bu gündən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur. Operativ Qərargahın qərarına əsasən, bu tipli məkanların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisnadır.
BAKU.WS xəbər verir ki, “Qafqazinfo” bu gün paytaxtdakı iri ticarət mərkəzlərindən fotorepoartaj hazırlayıb.
Məlum olub ki, “Park Bulvar” , “28 Mall”, “Metropark” və “Port Baku” bu gündən fəaliyyətini bərpa edib. “Ganjlik Mall” isə sabahdan etibarən açılacaq.
Xatırladaq ki, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdən dayandırılmışdı.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bu qadağalar QÜVVƏDƏ QALIR
Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır. BAKU.WS xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında oper...