Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün "Smart media və sosial trend analizi" mövzusunda "Sosial Jurnalistika" təlimi təşkil olunub.
BAKU.WS xəbər verir ki, təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 20 media qurumundan jurnalistlər iştirak edib.
İştirakçılara rəqəmsal media mühitində yeni tendensiyalar, sosial siyasətin informasiya müstəvisində təqdimatı, eləcədə ictimai rəyin formalaşmasında sosial mövzularınişıqlandırılması barədə geniş izahlar təqdim olunub.
Sonra mövzunun mənimsənilmə keyfiyyətini müəyyənləşdirmək məqsədi ilə interaktiv vörkşop keçirilib.
İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandıraraq öz biliklərini yoxlayıblar.
Sonda media nümayəndələrinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 2023-cü ildən etibarən mütəmadi keçirilənvə sayca 10-cu olan "Sosial Jurnalistika" təlimiçərçivəsində hər il yüzlərlə media nümayəndəsi aktualsosial mövzular barədə məlumatlandırılır, onların peşəkarbacarıqlarının inkişafına və sosial sahəninişıqlandırılmasında keyfiyyətin yüksəldilməsinə dəstəkgöstərilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda keyfiyyətsiz botoksdan zəhərlənmə halları: Pasiyentlər iflic olurlar? - RƏSMİ CAVAB
Azərbaycanda bir müddətdir botoks proseduru etdirən şəxslərin kütləvi şəkildə zəhərlənməsi, əzələlərinin iflic olması ilə bağlı məlumatlar yayılıb. BAKU.WS "Qaf...