Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Jurnalist, aparıcı Səidə Bəkirqızının Mediatürk TV-nin baş redaktoru vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılıb.
Qeyd olunur ki, jurnalistin son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi ifadələri onun işini itirməsinə səbəb olub.
Məsələni dəqiqləşdirmək üçün Oxu.Az-ın əməkdaşı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.
Jurnalist qeyd etdi ki, yazılanlar yalandır. Onu heç kəs işdən azad etməyib, TV-dən öz ərizəsi ilə ayrılıb:
"Avqustun 4-də məzuniyyətdən qayıtdıqdan sonra ərizə yazaraq sentyabrın 1-dən kanaldan ayrıldım. Daha yaxşı təklif aldığım üçün bu addımı atdım. Rəhbərlik getməyimi istəmirdi, lakin biz jurnalistlər harada yaxşı maaş təklifi varsa, ora üz tuturuq", - deyə S.Bəkirqızı bildirib.
Jurnalist həmçinin vurğulayıb ki, onun işdən ayrılması ilə bağlı "məcburi köçkünlərlə əlaqəli məsələ" əsassız olaraq şişirdilib:
"Sadəcə üst-üstə düşdü. Məlumat üçün qeyd edim ki, sentyabrın 8-dən etibarən hər gün səhər saat 8-də Space TV-də yayımlanan "Xəbərin izində" proqramını aparıram".
Oxşar xəbərlər
Yasamal, Səbail və Abşeronun bir sıra ərazilərində sabah işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 30-da Yasamal və Səbail Rayon...