Maşını avtobus zolağında saxlayıb getdi - Cəzalandırıldı

Maşını avtobus zolağında saxlayıb getdi - Cəzalandırıldı
Video
Sosial 261

Bakıda yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü inzibati məsuliyyətə cəlb edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində - metronun "20 Yanvar" stansiyası ilə 3-cü mikrorayon dairəsini birləşdirən yolda qeydə alınıb.

"Toyota Prius" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus zolağında park edərək uzaqlaşıb. O, həmin vaxt maşını dövlət qeydiyyat nömrəsi ərazidəki kameralar tərəfindən görüntülənə bilməsin deyə çəpəki formada saxlayıb. Sürücü bu yolla özünü məsuliyyətdən kənar saxlamaq istəyib. Lakin avtobusda olan vətəndaşlardan biri həmin hadisəni çəkərək ictimailəşdirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılıb. Sürücü müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

Sentyabrın 21-dən 27-dək olan həftə bəzi bürclər üçün yeni imkanlar, münasibətlərdə dəyişikliklər və gözlənilməz xəbərlərlə yadda qala bilər. BAKU.WS xəbər veri...

82 Sosial 23:38 20 sentyabr 2026

Son xəbərlər