Maşın bazarında durğunluq yaşanır - Səbəb nədir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Son vaxtlar avtomobil bazarında durğunluq yaşanır.
BAKU.WS-in "Xəzər XƏbər"ə istinadən məlumatına görə, səbəb avtomobillərin qiymətinin artmasıdır.
Satıcılar deyirlər ki, yanvar ayının 1 -dən Vergi Məcəlləsinə edilən dəyişiklik qiymətlərin artmasına səbəb olub.
Onların sözlərinə görə, bazarda baş verən bahalaşma daha çox psixoloji təzyiqlə baş verir. Rüsumu 200 manat artan avtomobilin qiyməti bir qayda olaraq 10 faizə qədər bahalaşıb.
Yeni qaydalara əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid və elektrik avtomobillərinin idxalı və satışı ƏDV-dən azad edilir. Amma bu avtomobillərin istehalsçı ölkələrdə satış qiyməti yuxarı olduğundan yerli bazarda onlara olan tələbat olduqca aşağıdır.
Daxili bazarda olan, ili köhnə avtomobillərdə də qiymət artımı nəzərəçarpacaq dərəcədədir.
Qeyd edək ki, dəyişikliyə əsasən, bu ildən mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərində 1,2, dizel mühərrikli minik avtomobillərində isə 1,5 yüksəldici əmsal tətbiq edilir.
Oxşar xəbərlər
2022-ci ildə hansı avtomobillər daha çox satılacaq?
Ekspertlərin fikrincə, mühərrik həcmi az olan, hibrid və elektrikli avtomobillərin ölkəyə gətirilməsi, satışı üstünlük təşkil edəcək. Həmçinin onların infrastru...