Masallının 13 yaşayış məntəqəsinin qaz təchizatında fasilə yaranıb

Masallının 13 yaşayış məntəqəsinin qaz təchizatında fasilə yaranıb
Sosial 9

Bu gün qaz xəttinin zədələnməsi nəticəsində Masallı rayonunun 13 yaşayış məntəqəsinin (14 min abonent) qaz təchizatında fasilə yaranıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Masallı 1 və 2” ölçü qovşağından qidalanan Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən orta təzyiqli yeraltı qaz xəttinin (internet kabeli çəkən təşkilat tərəfindən) zədələnməsi ilə bağlı bu gün saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dörd rayonun qaz təchizatında fasilə yaranacaq

Dörd rayonun qaz təchizatında fasilə yaranacaq

Dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə “Azəriqaz” İB-dən məlumat verilib. Bildirilib ki, avqustun 29-u saat 09:00-dan “Ağ...

3 Sosial 20:49 28 avqust 2023

Son xəbərlər