Martın sonuna qədər güclü geomaqnit qasırğası ola bilər?
BDU-nun Astrofizika kafedrası 18-30 mart tarixləri üçün geomaqnit hava proqnozunu açıqlayıb.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından BAKU.WS-ə verilən xəbərə görə, 21mart tarixinədək geomaqnit sahə normal fon səviyyəsində olacaq.
Belə ki, 21-22 və 25 mart tarixlərində G5 (zəif-kiçik) səviyyəli geomaqnit dəyişiklik gözlənilir.
Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 21-22 və 25 mart tarixləri üçün 5-ə bərabər, martın 31-dək digər günlər üçün 2-4, yüksək coğrafi enliklərdə isə 19 mart tarixində 6-7 intervalında olacaq.
Qeyd olunub ki, güclü geomaqnit qasırğası gözlənilmir.
Oxşar xəbərlər
Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb
Bakının Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yenidən sürüşmə təhlükəsi yaranıb. Eyni yerdə 1 ildə ikinci dəfə sürüşmə baş versə də, ərazini lentləməkdə...