Marketlərdə yeni qiymət artımı dalğası (QİYMƏT CƏDVƏLİ)
28
noy
2017
10:34
Son günlər mağazalarda qiymət artımı müşahidə olunur. Ərzaq mallarında, xüsusilə də yağ və yumurtanın qiymətində bahalaşma aydın sezilir.İqtisadçı Vüqar Bayramov BAKU.WS-ə deyib ki, bahalaşmanın səbəbi heç də dolların kursu ilə bağlı deyil. Məzənnə kifayət qədər stabildir.“Yeni ilə 1 aydan çox qalıb. Buna görə də bahalaşmanı bayramqabağı bahalaşma kimi qiymətləndirmək düzgün deyil. Adətən dekabrın yarısından sonra bayramqabağı bahalaşma olur. Çox təəssüf ki, hazırda qiymətlərin bahalaşmasını müşahidə edirik və iqtisadi baxımdan bunu izah etmək çox çətindir. Çünki manatın məzənnəsi stabildir. Məsələn, kərə yağının ölkəyə idxal rüsumu azaldılıb. Bəzi məhsulların rüsumları olduğu kimi qalır. Dünya bazarında ərzaq məhsullarının qiyməti kəskin baha olduğunu da demək olmaz. Buna baxmayaraq, çox təəsüf ki Azərbaycanda qiymət artımları müşahidə olunur. Əvvəllər ərzaqların bahalaşmasını iş adamları ölkədəki devalvasiya ilə əlaqələndirirdilər. Hazırda isə manatın məzənnəsi əvvəlki illərə nisbətən stabildir və hətta qeyd olunur ki, möhkəmdir. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi tərəfindən müdaxiləyə ehtiyac var. Qiymətlər monitorinq edilməlidir. Əks halda, bayramqabağı da qiymətlərin bahalaşmasını müşahidə etmək olar”.Qeyd edək ki, ötən ay da araşdırmamızın nəticəsində məlum olmuşdu ki, marketlərdə qiymətlər artmışdı.
Apardığımız araşdırma nəticəsində müəyyənləşdirdiyimiz bəzi malların qiymətlərini təqdim edirik: “Spar” market Sümüksüz ət -15 AZNSümüklü - 11.5 AZNYumurta – 0.15 AZNKənd yumurtası – 0.20 AZNAnkor yağı – 16.90 AZNToyuq əti – 5.50 AZN - kq-ıMila süd (1litr) 1.70Un 1.20 - kq-ıFairy 3.40 1 litrAriel 1.97 450qrFinal 1 litr 3.72Şəkər tozu (1.5 kq) 1.5 AZNQənd kilo yarım 2.50 AZNBananın kilosu 2.50 AZN
“Oba” marketMila süd (1 litr) 1.68 AZNToyuq 5.50 AZN kq-ıYumurta 0.14 AZNUn 0.45 AZN“Zolotoy kray” yağı (1 litr) 2 AZNŞəkər tozu (1 kq) 0.99 AZNAriel 1.87 AZNFairy 1.79 AZN“Araz” marketKənd yumurtası 0.21 AZN Yumurta 0.15 AZNAriel 2 AZNFeyri 1.89 AZNŞəkər tozu 1 AZNFinal qarğıdalı yağı 3.72 AZNMila süd (1 litr) 1.85 AZNTuncayBAKU.WSПерейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
Oxşar xəbərlər
Dizelin qiymətinin bahalaşacağı anonsu verildi: Qiymət artımları ola bilər
"“Azpetrol” şirkətinin benzin və dizelin qiyməti ilə bağlı proqnoz verməsi nə qədər təəccüblü görünsə də, yanacağın, xüsusən də dizelin bahalaşmasının hətta müz...