Marketdə satılan yumurtanın köhnə və ya təzə olmasını necə ayrıd edək? - RƏSMİ CAVAB

Marketdə satılan yumurtanın köhnə və ya təzə olmasını necə ayrıd edək? - RƏSMİ CAVAB
Açıqlama
Sosial 97

Son zamanlar mağazalarda satılan yumurtaların təzəliyi ilə bağlı bəzi narahatlıqlar ifadə olunur.

BAKU.WS-in məlumatına görə, xüsusilə qiymətlərin dəyişməsi və satış dövriyyəsinin sürətlənməsi fonunda alıcılar məhsulun nə dərəcədə keyfiyyətli olduğundan əmin olmaq istəyirlər.

Təzə yumurta həm dad, həm də sağlamlıq baxımından vacib olduğundan, istehlakçılar onun köhnə və ya yeni olduğunu müəyyənləşdirmək üçün etibarlı üsullar axtarırlar.

Mövzu ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli BAKU.WS-ə bildirib ki, marketlərdə köhnə və ya təzə yumurtanı ayırd etmək üçün onun istehsal tarixinə baxmaq kifayə edir:

"Vətəndaşlar bilməlidir ki, yumurtanın istehsalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) gündəlik yoxlamalar aparır. Bunun əsasında isə baytarlıq arayışı təqdim olunur. Bu arayışla yumurtanın üzərindəki tarixi qarşılaşdırmaqla onun köhnə və ya təzə olmasını müəyyən etmək olur.

Qeyd edim ki, hazırda ölkədə tarladan süfrəyə qədər istənilən qida və ya ərzaq məhsuluna AQTA tərəfindən ciddi nəzarət var. Bu nəzarət son üç ildə Azərbaycan qidasına olan inamı birə beş artırıb.

Azərbaycanda marketlərdə satılan yumurtanın üzərində istehsal tarixinin olmaması mümkün deyil. Əgər belə bir hal olarsa, həmin şəxs və ya şirkət barəsində qanunla nəzərdə tutulmuş addımlar atılır".

Orxan Hüseyn

Son xəbərlər