Manaf Ağayevin üzr videosunun yayılmamasına DİN-dən REAKSİYA - VİDEO

Manaf Ağayevin üzr videosunun yayılmamasına DİN-dən REAKSİYA - VİDEO
Video
Sosial 2178

Dünən Heydər Əliyev prospektində bir neçə TIR-ın etiraz əlaməti olaraq yolu bağlaması bütün ölkənin gündəminə çevrildi.

TIR-lara müvafiq icazələrin vaxtında verilməməsi iddiasına Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən açıqlama gəldi.

Daha sonra TIR sürücüləri və şirkət rəhbəri haqqında cinayət işi açıldı. Hadisə ilə bağlı açıqlamalar verilsə də, yenə qaranlıq qalan məqamlar var.

Məsələnin qaralıq tərəflərinə aydınlıq gətirmək üçün Baku TV əməkdaşları Daxili İşlər Nazirliyinin Şöbə rəisi Elşad Hacıyevdən açıqlama alıb.

O qeyd edib ki, TIR-lar təqribən səhər saat 5-də həmin prospektə qoyularaq daha sonra sürücüləri tərəfindən tərk edilib.

Elşad Hacıyev həmçinin TIR sürücülərinin üzr videosunun yayılıb, Füzulinin işğaldan azad olunmuş ərazilərinə icazəsiz keçən Manaf Ağayevin videosunun yayılmaması halına da aydınlıq gətirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5668 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər