Maşın ətrafında GƏRGİN GECƏ – Kim qalib olacaq? - FOTO
24
okt
2017
00:18
ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun ilk final gecəsi başlayıb.BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu yarışmada maşının ətrafında 3 iştirakçı qalıb. Vüsalə Əlizadə, Xatun Əliyeva və Talıb Taleh 24 saatdır ki, maşının ətrafındadırlar. İştirakçılar gecəni yaxşı keçirdiklərini, deyib-güldüklərini və mütaliə etdiklərini bildiriblər. Yalnız Vüsalə Əlizadə uzun müddət ayaq üstə qaldığına görə ayaqlarında ağrı hiss etdiyini deyib. Verilişdə müğənni Ədalət Şükürov ifa edib. Sonra iştikçılkardan Vüsalə Əlizadənin evindən sujet göstərilib. Sujetdə Vüsalə Əlizadənin azyaşlı qızı Dilək, anasının fotoları ilə bəzədilmiş ürək şəkilli yastıq göndərib. Həmin yastığı canlı yayımda nümayiş etdirən Murad Dadaşov Vüsaləni yanına dəvət edib. “Məncə bu ürəyə görə bura gəlməyə dəyər”. Vüsalə əlini çəkərək aparıcıya yaxınlaşıb. Bundan sonra Vüsalənin bu gün səhərə yaxın əlini maşından çəkməsi barədə sujet göstərilib. Beləliklə maşın Vüsalə Əlizadə üçün əldən getdi. Hazırda Xatunla Talıb mübarizəni davam etdirir. Şou sənətçilərin ifaları ilə davam edib. Veriliş boyunca nə Xatun Əliyeva, nə də Talıb Tale mübarizədən vaz keçməyəcəklərini bildiirblər. Beləliklə də Maşında son, uzun və gərgin gecə başlayıb. Bu gecədən kimin qalib çıxacağı isə sabah bəlli olacaq. BAKU.WS
Oxşar xəbərlər
"Maşın" şounun final mərhələsi başladı - 14 saatdı mübarizə gedir (FOTO)
ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun final mərhələsi başlayıb.BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı old...