Mahiyyəti dələduzluq əməli olan elanlar - Aldanmamaq üçün nə etməliyik?

Sosial şəbəkələrdə əhaliyə yüksək gəlir vəd edən investisiya elanlarına tez-tez rast gəlinir.
Mahiyyəti dələduzluq əməli olan belə elanların qurbanları böyük qazanc əldə etmək istəyənlərdir.
Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Piramida şəbəkəsinə qoşuldum, 100 dollar qoymuşdum. Xəbərlərdə dedilər ki, yalançı şirkətdir, saxtakarlardır", - deyə sakinlərdən biri bildirib.
Bəs investisiya edərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır?
İqtisadçı Eldəniz Əmirov deyir ki, sərmayə müqabilində 13-25 faiz aralığında gəlir vəd edilirsə, bunun arxasında məhsul istehsalı və ya xidmət sahəsi dayanmalıdır:
"25-40 faiz aralığında gəlir vəd edilən investisiya təklifinə ehtiyatla yanaşmaq lazımdır. Çünki bunun arxasında risklər dayana bilər. 40 faizdən yuxarı gəlirlilikdə isə daha ehtiyatlı olmaq lazımdır. Adətən belə faizlər maliyyə piramidalarında, fırıldaq sxemlərində olur".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Sərt pəhrizlər arıqlamağa kömək etmir, əksinə, orqanizmə zərər vurur
Diyetoloq Natalya Mizinova bildirib ki, kəskin kalori məhdudiyyəti və balanssız qidalanma arıqlamağa mane olur. Onun sözlərinə görə, bir çox insan yalnız kalori...
