Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ! BAŞA ÇATIR

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və bu gün saat 23:59-dək davam edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
14 aprel saat 09:00-a olan məlumata əsasən 17004 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 15760; rus bölməsi - 1244).
Bakalavrlar imtahanın ikinci cəhdinə iştirak etmək istədikləri təqdirdə "Şəxsi kabinet"lərinin hesabına tələb olunan məbləği əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olmaqla qeydiyyatdan keçirlər.
Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
Qeyd edək ki, imtahan 2025-ci il mayın 11-də keçiriləcək.

Oxşar xəbərlər
DSMF-nin sədri vəzifəsindən azad edilib, nazir müavini təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Qabil oğlu Məmişov vəzifəsindən azad edi...