Lisey və gimnaziyalara sənədlərin qəbuluna başlanılır
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır.
Bu barədə BAKU.WS-ə Elm və Təhsil Nazirliyindən bildirilib.
Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini avqustun 7-si saat 15:00-dan avqustun 17-si saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.
Qeyd edək ki, şagirdin sənədləri təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin əvvəl təhsil aldığı məktəbə təqdim etməlidir.Bu ərizə şagirdin əvvəl təhsil aldığı məktəbin modulundan da əldə edilə bilər.
Oxşar xəbərlər
Lisey və gimnaziyalara qəbula start verilib
Lisey və gimnaziyalara qəbula start verilib. Bu barədə BAKU.WS-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, mayın 12-dən 2023-2024-cü tədris il...