Lisey və gimnaziyalara qəbul nəticələri elan olunub
Yeniliklərdən dərhal xəbərdar olun
2023-2024-cü tədris ili üzrə 32 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada keçirilən lisey və gimnaziyalara qəbul nəticələri elan olunub.
Bu barədə BAKU.WS-ə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Şagirdlərin elektron yerdəyişməsi üzrə portalda (https://sy.edu.az) şəxsi kabinetlər vasitəsilə nəticələrlə tanış olmaq mümkündür.
Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə şəxsi kabinetlərinə daxil olaraq 17 iyul saat 17:00-dək qəbul olduqları müəssisəni təsdiqləməlidirlər. Qeyd olunan tarixədək müəssisə təsdiqlənmədiyi halda qəbul nəticəsi etibarsız hesab ediləcək.
Lisey, yaxud gimnaziyaya qəbul olan və qəbulu təsdiq edən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq. Sənəd qəbulu isə avqust ayında həyata keçiriləcək.
Qəbul nəticələri ilə bağlı müraciətləri 11 iyul saat 12:00-dək müvafiq elektron poçt ünvanına (office@arti.edu.az) yönləndirə bilərsiniz.
Qeyd edək ki, 19 925 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb.
Oxşar xəbərlər
Lisey və gimnaziyalara qəbula start verilib
Lisey və gimnaziyalara qəbula start verilib. Bu barədə BAKU.WS-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, mayın 12-dən 2023-2024-cü tədris il...