Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfəri çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər.
BAKU.WS xəbər verir ki, əvvəlcə IDEA İctimai Birliyi tərəfindən Lənkəran rayonunda meşə ərazisində "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Könüllülülərin iştirakı ilə həyata keçirilən aksiyada 1350 ədəd Eldar şamı tingi əkilib. Tədbir zamanı yaşıllıq zolaqlarının genişləndirilməsi, meşə fondunun bərpası və ekosistemin mühafizəsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika YaşıllaşdırmaMarafonu"nun ("Yaşıl Marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyətöhfə verməkdir. "Yaşıl Marafon" çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.
Daha sonra Hirkan Milli Parkının ərazisinəbiomüxtəlifliyin zənginləşdirilməsi məqsədilə heyvanların təbiətə buraxılması aksiyası keçirilib. Aksiya çərçivəsində 2 yenot, 2 tülkü və 4 tirəndaztəbii mühitə buraxılıb. Yenotlar bir müddət öncə IDEA İctimai Birliyinin təşəbbüsü və aidiyyəti qurumların iştirakı ilə aparılan birgə yoxlama nəticəsində iaşə obyektlərində qanunsuz saxlanılması aşkarlanmış və xilas edilmişdilər. Həmin yenotlar 4 ay müddətində Bakı Zooloji Parkında müalicə və reabilitasiya olunaraq tam sağaldıqdan sonra təbiətə qaytarılıb.
Təbiətə qaytarılan tülkülər isə vətəndaşlar tərəfindən yaralı halda aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilmiş heyvanlardır. Onlar Zooloji Parkda bir il müddətində klinik şəraitdə müayinə və müalicə olunub, reabilitasiya prosesi uğurla başa çatdıqdan sonra təbii mühitə buraxılmışdır.
Aksiyada təbiətə buraxılan tirəndazlar vaxtilə Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş növlərdən olub. Ölkəmizdə bu sahədə həyata keçirilən uğurlu mühafizə tədbirləri nəticəsində bu vəhşi heyvanların sayı artırılıb və növ "Qırmızı kitab"dan çıxarılıb. Milli Parka buraxılan tirəndazlarBakı Zooloji Parkında çoxaldılan və təbii populyasiyası bərpa olunan fərdlərdəndir.
Qeyd edək ki, sözügedən ekoloji aksiyalar IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda ətraf-mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mütəmadi olaraq görülən işlərin tərkib hissəsidir.
Qalereya
Oxşar xəbərlər
FHN-in Bakı Regional Mərkəzi 6 saylı Bakı "ASAN xidmət" mərkəzində təlim keçirib
Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar...