Leyla Əliyeva: 2020-ci il möcüzələr ili olacaq! - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Leyla Əliyeva “Instagram”da paylaşım edib:
“Əziz dostlar, sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirəm!
Sizə xoşbəxtlik, cansağlığı, işlərinizdə uğurlar və bol-bol sevgi diləyirəm! Arzu edirəm ki, biz birlikdə çoxlu xeyirxah işlər görək, qəlbimizin səsini dinləyək və bir-birimizə ən gözəl diləklərimizi ünvanlayaq.
Allah sizi qorusun və dünyada əminamanlıq hökm sürsün!
Hər birinizə təşəkkür edirəm! 2020-ci il möcüzələr ili olacaq!”
Oxşar xəbərlər
Bakı 2020-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Mil...