Lənkəranda yol PROBLEMİ: Piyadalar üçün təhlükəli vəziyyət yaranıb
Lənkəran rayonunun mərkəzi hissəsində məktəb yolunun üzərində olan bir neçə piyada keçidi sözün əsl mənasında təhlükə mənbəyinə çevrilib.
Keçidlərdən istifadə edənlərin ani diqqətsizliyi onların həyatı bahasına başa gələ bilər. Ən yaxşı halda isə xəsarət ala bilərlər.
Sakinlər deyirlər ki, burada olan üç piyada keçidindən biri ümumiyyətlə lazımsızdır.
Həmçinin qeyd edirlər ki, yararsız hala düşən keçid azyaşlılar üçün çətinlik yaratmaqla yanaşı, yağışlı günlərdə də böyük problemə çevrilir.
Məsələ ilə bağlı Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib ki, əraziyə baxış keçirilib və piyada keçidinin həmin təhlükəli hissəsinə dəmir lövhələr qoyulub.
Daha ətraflı Azad Azərbaycan Televiziyasının (ATV) videomaterialında:
Oxşar xəbərlər
AZAL: İKT həlləri ilə təyyarələrin yanacaq sərfiyyatını azaltmaq mümkündür
İKT həllərindən daha yaxşı istifadə etməklə təyyarələrdə yanacaq istehlakını azaltmaq olar. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Hava Yo...