Lənkəranda toyuq kəsimi sexinin qanunsuz fəaliyyəti aşkarlandı
Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən toyuq kəsimi sexində yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
"Kəsim sexinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Həmçinin temperatur rejiminə əməl edilmədiyi, etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Qida obyektinə qəbul edilən diri quşların müşayiətedici sənədləri də yoxlamaya təqdim edilməyib.
Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, obyektin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Naxçıvan AYDA-nın sabiq sədri 5,5 milyon manat mənimsəmədə təqsirləndirilir
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov 5,5 milyon manat mənimsəmədə özünü təqsirli bilmir...