Lənkəranda evə ildırım düşüb, yanğın olub
24
apr
2025
14:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda evi ildırım vurub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Viyən kəndində baş verib.
Kənd sakini 1963-cü il təvəllüdlü Şahan Hüseynova məxsus 2 mərtəbəli, dörd otaqlı evə ildırım düşəndən sonra yanğın başlayıb.
Yanğının qarşısı alınıb. Sakinlər deyib ki, ildırım əvvəl həyətdə olan dirəyi vurub, dirəyə bağlanan naqil vasitəsilə evə keçib.
Hadisə baş verən zaman evdə heç kim olmayıb. Ev sahibinin Rusiyada yaşadığı bildirilir.
Qalereya
Oxşar xəbərlər
Yasamal, Səbail və Abşeronun bir sıra ərazilərində sabah işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 30-da Yasamal və Səbail Rayon...