Laçının "Bəylik Bağları"nda ağacəkmə aksiyası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağ Dirçəliş Fondunun (QDF) maliyyə dəstəyi, "Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ-nin təşkilati dəstəyi ilə Laçın rayonunun Bəylik kəndinin "Bəylik Bağları" adlanan ərazisində ağacəkmə aksiyası keçirilib.
BAKU.WS xəbər verir ki, aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və yerli sakinlər iştirak ediblər.
Aksiya çərçivəsində müasir damcı suvarma sistemi çəkilən 2,8 hektarlıq ərazidə 700 meyvə ağacı əkilib. Ümumilikdə isə ərazidə 1 280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...