Laçından olan 110 yaşlı Fatma nənənin nağıl kimi həyat hekayəsi
"Laçın çox gözəl yerdir. Havası da qəşəngdir, evləri də. Hər şey gözəldir. Bura gəldiyimə görə o qədər sevinirəm ki".
Baku TV-nin məlumatına görə, bu sözləri dağlar qoynunda yerləşən, füsunkar təbiəti ilə seçilən Laçında dünyaya göz açan və illər sonra doğma yurduna qayıdan 110 yaşlı Fatma Kərimova söyləyib.
Fatma nənə köçkün düşən vaxt uşaqlığının, gənclik illərinin və ömrünün böyük bir hissəsinin xatirələrini də demək olar ki, yaddaşında özü ilə aparıb. İllərlə qurub-yaratdığı evindən-ocağından nəsə götürə bilməsə də, vətən torpağından topladığı bitkini də yanında daşıyıb. İndi evinin eyvanından Laçının gözoxşayan mənzərəsini, yenidən dirçələn yurd yerini qürurla izləyir.
"Bu bitkini 40 il əvvəl Laçından yığmışam. Müharibə zamanı doğma yurdumdan çıxanda çamadanıma qoyub özümlə aparmışdım. İndi isə yenidən bura gətirmişəm. Hələ də qəşəng iyi gəlir", - deyə Fatma nənə bildirib.
Oxşar xəbərlər
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Müasir dövrdə dayanıqlı iqtisadi modelin formalaşması ölkənin rəqəmsallaşma səviyyəsi ilə əhəmiyyətli dərəcədə bağlıdır. Çünki rəqəmsallaşma məhsuldarlığı artır...