“Laçın” tankeri ilk səfərinə yola düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın ilk milli istehsalı olan “Laçın” tankeri SOCAR-ın Gəmiqayırma Zavodunda tikilib və artıq ilk səfərini həyata keçirir. SOCAR-ın Gəmiqayırma Zavodunda tikilən Azərbaycanın ilk milli istehsalı olan “Laçın” tankeri artıq ilk səfərinə yola düşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, dizel yanacağı ilə yüklənmiş tanker Bakı limanından Kulevi limanına istiqamət alıb. Oradan isə Türkiyəyə doğru yola düşəcək.
Gəmi bundan sonra Qara dəniz və Aralıq dənizi hövzələrində maye yükdaşımalar həyata keçirəcək.
Qeyd edək ki, uzunluğu 141, eni 16,9 metr olan yeni nəsil “Laçın” tankeri təkcə Azərbaycanın beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsində deyil, xarici sularda ölkəmizin təmsil və təbliğində də mühüm rol oynayacaq.
Xatırladaq ki, ASCO-nun Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Laçın” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-si quru yük, 3-ü tankerdir.
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...