Kürdəxanı sakinlərinin kanalizasiya problemi: “Xəstəlik mənbəyidir” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Kürdəxanı qəsəbəsinin, yeni yaşayış massivində kanalizasiya sistemi olmadığından çirkab suları sakinlərin evlərinə dolur.
Sakinlərin sözlərinə görə, yuxarı məhlələrdən gələn çirkab suları əvvəlcə yolun kənarında toplanır, daha sonra isə suyun axarı olmadığı üçün evlərə dolur.
“Xəstəlik mənbəyidir, hər ay 500-1000 manat uşaqların müalicəsinə pul verirəm”, - deyə qəsəbə sakini Rəhman Əmrahov qeyd edib.
Sakinlər onu da əlavə ediblər ki, yağış suları çirkab suları ilə birləşərək əsas yolu bağlayır və gediş-gəliş çətinləşir.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Birinci Qədr gecəsinin ƏMƏLLƏRİ
Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub....