"Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində "TikTok" sosial şəbəkəsində "Kürd" ləqəbi ilə tanınan Ceyhun Şakir oğlu Nəbiyevin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin edib və C.Nəbiyev istintaq dövründə ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, C.Nəbiyev ötən ilin dekabrında saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilib və barəsində cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə tiktoker həbs edilib.
Oxşar xəbərlər
Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib
Dövlət Gömrük Komitəsinin yeganə şəhidi Ülvi Hacıyevin xatirəsi xüsusi konsert proqramı ilə yad edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhid ailələ...