Kür çayında suyun səviyyəsi artıb - FOTO
Kür çayında suyun səviyyəsi artıb.
BAKU.WS “Report”un Aran bürosuna istinadən xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi Kür çayına da öz təsirini göstərib. Xüsusilə bu, çayın Salyan rayonu ərazisindən keçən hissəsində daha çox müşahidə olunur. Belə ki, aprelin 30-dan bu günə kimi Kürdə suyun səviyyəsi 1,5 metr qalxıb.
Su səviyyəsinin artımı Kür boyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə də şərait yaradıb. Bir müddət bundan öncə əkin sahələrinin suvarılmasında çətinliklər vardısa, artıq bütün bunlar geridə qalıb.
Mütəxəssislərin fikrincə, bundan sonra da Kür çayında suyun artımı müşahidə olunacaq.
Qalereya
Oxşar xəbərlər
30 ilin ən soyuq qışı - Qar və çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. Qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika h...