Kür çayının aşağı hissəsində su keyfiyyəti ilə bağlı problemlər aşkarlanıb
Kür çayının aşağı hissəsində suyun keyfiyyət göstəricilərində problemlər qeydə alınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdürü Rafiq Verdiyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri" adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, quraqlıq və su həcminin azalması dəniz sularının çaya daxil olmasına səbəb olur və bu da ekoloji risklər yaradır.
R. Verdiyev əlavə edib ki, suyun keyfiyyətini qorumaq üçün müvafiq layihələr və tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə bir-birinin vətəndaşları üçün sığorta xidmətlərini qarşılıqlı tanıyacaq
Türkiyədə səyahət sığortası alan bir vətəndaşın polisini Azərbaycan xəstəxanaları rəqəmsal şəkildə tanıya biləcək. Bunu BAKU.WS-ə açıqlamasında Türkiyə Sığorta...