“Kupça”sız mənzillərə vergi ödənilməlidir? – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Çıxarışı olmayan mənzillərə əmlak vergisı ödənişi üçün bildiriş göndərilib.
BAKU.WS "Xezerxeber.az"a istinadən xəbər verir ki, bildiriş Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış komplekslərindən birindəki sakinlərə göndərilib.
Bələdiyyənin göndərdiyi sənəddə nə qədər vergi ödənilməli olduğu bildirilməsə də, fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlaka görə ildə bir dəfə əmlak vergisi ödənilməli olduğu qeyd edilib. Sakinlər isə bunun qanunsuz olduğunu iddia edirlər.
Məsələ ilə bağlı Xırdalan şəhər bələdiyyəsindən bildirilib ki, onların göndərdiyi bildirişlər tam qanunauyğundur.
Xırdalan bələdiyyəsindən o da deyilib ki, əgər vətəndaşların hər hansı bir şikayəti varsa, aidiyyəti üzrə məhkəməyə müarciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Bakının bu rayonundakı binaların sakinlərindən 28 AZN pul yığılır - SƏBƏB - FOTO
Yasamal Bələdiyyəsi tərəfindən rayon ərazisində yerləşən yeni tikili binaların sakinlərinə bildiriş göndərilərək ildə bir dəfə əmlak vergisi ödənilməli olduğu b...