Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Aprelin 03-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Aprelin 3-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Şahdağ və Qubada 20 m/s, Goranboy və Altıağacda 19 m/s, Daşkəsən və Naftalanda 18 m/s, Şabranda 16 m/s, Lerikdə 15 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Ordubadda 4, Zaqatala və Şəkidə 3, Qax, Tovuz, Ceyrançöl, Balakən və Gədəbəydə 2, Lerik, Biləsuvar, Lənkəran, Göygöl, Gəncə, Şəmkir, Naxçıvan, Sədərək, Şərur, Şahdağ və Şahbuzda 1 mm-dir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Aran rayonlarında 24, Naxçıvan MR-da 22, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Paytaxtın bəzi tarixi abidə və binaları yararsız hala salınıb
Bakının Dilarə Əliyeva küçəsində yerləşən və keçmişdə "Fantaziya Hamamı" adlandırılan abidə yararsız haldadır. Həmçinin Mirzə İbrahimov küçəsində də bir sıra ya...
