Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
Sosial 72

Senytabrın 10-u saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan güclü külək axşam saatlarından bölgələrdə tədricən 7-12 m/s-dək zəifləyib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında isə şimal-qərb küləyinin maksimal sürəti arabir 26-30 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.5 metr olub.

Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarında arabir leysan xarakterli yağış yağıb. Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20 dərəcəyədək isti, Aran rayonlarında 23-25, dağlıq rayonlarda 8-13 dərəcə isti təşkil edir.

Küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında sentyabrın 11-i səhərədək davam edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sentyabrda hava necə olacaq?

Sentyabrda hava necə olacaq?

Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bild...

32 Sosial 13:55 31 avqust 2023

Son xəbərlər