Küləkli hava nə qədər davam edəcək? - PROQNOZ
Yeniliklərdən dərhal xəbərdar olun
Sabaha olan hava proqnozu açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-16° isti olacaq.
Nisbi rütubət 60-70 %, atmosfer təzyiqi isə 771 mm civə sütunu olacaq.Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Aprelin 17-də meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oxşar xəbərlər
Yanvar ayına olan hava proqnozu - Bakıya qar yağacaqmı?
2023-cü il yanvar ayına olan hava proqnozu açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata...