Külək daha da güclənib - RƏSMİ MƏLUMAT

Külək daha da güclənib - RƏSMİ MƏLUMAT
Sosial 305
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkədə müşahidə olunan və gözlənilən küləkli hava şəraiti ilə bağlı məlumat yayıb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 7-si şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində şimal-qərb küləyi əsib və bir sıra rayonlarda güclənib.Küləyin maksimal sürəti Tovuz, Naftalanda 28, Tərtərdə 26, Bərdədə 25, Balakəndə 24, Ağstafa, Ağdamda 22, Gəncədə 20, Mingəçevir, Gədəbəy, Şəkidə 18, Şabranda 16 m/s-yə çatıb.Bakıda və Abşeron yarımadasında saat 12:00-a olan məlumata görə küləyin maksimal sürəti 16-22 m/s təşkil edir, dalğanın hündürlüyü 3 metrədək yüksəlib.Oktyabrın 7-də gün ərzində küləyin maksimal sürətinin 25-30 m/s, bəzi yerlərdə isə 33-35 m/s-dək güclənəcəyi gözlənilir. Gecə saatlarında küləyin sürəti 15-20 m/s, arabir 23 m/s olacaq, səhər isə mülayimləşəcək.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər