Küçəyə çıxma qadağasında 972 xəstəyə xidmət göstəriləcək - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
"TƏBİB-dən 972 nəfərlik siyahı almışıq. Bunlar şəhər və rayon üzrə dializ xəstəsi olanların siyahısıdır".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
O, əlavə edib ki, xəstələrin hər biri ilə dünən və bu gün əlaqə saxlanılıb: "Hansıların ki, nəqliyyat vasitələri var, onlar və xəstələri müşayiət edəcək şəxslər icazə portalına müraciət edəcəklər. Həmin şəxslər özləri tibb müəssisəsinə gedib dializ oluna biləcəklər.
Kimlərin ki, nəqliyyat vasitələrindən istifadə etməsi üçün imkanları yoxdur, o şəxslər əvvəlcədən bizim tərəfimizdən müəyyən olunub. Həmin şəxslərin tibb müəssisəsinə çatırılması və geri qaytarılması təmin olunacaq".
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...