Küçədə yaşayan Avropa çempionu: "Hamı məndən imtina edib" - VİDEO

Küçədə yaşayan Avropa çempionu: Hamı məndən imtina edib - VİDEO
Video
Sosial 2882

Bir müddət əvvəl küçədə yaşaması və insanlara hücum etməsi barədə sosial şəbəkədə görüntüləri yayılan ikiqat Avropa və Respublika çempionu olan Elşən Əliyev həqiqətləri dilə gətirib.

BAKU.WS xəbər verir ki, səfil həyatı yaşayan Elşən Əliyev "Elgizlə İzlə" verilişində qonaq olarkən valideynlərinin də ondan imtina etdiyini bildirib.

"Mənim hazırda evim yoxdur. Valideynlərim olsa da, məndən imtina ediblər. Uşaqlıqdan dəcəl olmuşam. Evə tez-tez polislər gəlirdi. Evdəkilər mənim əlimdən bezmişdilər. Bundan sonra mənə dedilər ki, evdən çıxıb gedim.

Pis vərdişim yoxdur. Yatdığım yerdə içəri kimsə girəndə qorxuram. Çünki vahiməli adamlar, narkomanlar içəri girirlər. Buna görə özümü müdafiə edirəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər