Küçədə qalsa da, yardım qəbul etməyən şəxslə bağlı - RƏSMİ AÇIQLAMA, FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi küçədə yaşan və səhhətində ciddi problemi olan vətəndaş Əliyev Lətif Akif oğlu ilə bağlı yerli mətbuatda yer alan məlumatlardan sonra açıqlama yayıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, agentliyin mətbuat katibi Murad Həşimov həmin şəxsin heç bir kömək qəbul etmək istəmədiyini deyib:
“Bir neçə ay əvvəl Sosial Xidmətlər Agentliyinin əməkdaşları olaraq onun sığınacağa cəlbi üçün çalışdıq. Onun ayağında tibbi problemi olduğu üçün və ümumiyyətlə, özünə gəlməsi üçün xəstəxanaya aparılmasını da təşkil etdik.
Amma təəssüf ki, öz şəxsi seçimlərindən dolayı xəstəxanadan çıxandan sonra sığınacağa cəlb edə bilmədik, küçədə qalmağı özü seçdi. Özü də məlumatlıdır və daimi diqqətimizdədir. Sığınacağa gəlməyi qəbul etdiyi istədiyi anda, yeri hazırdır”.
Qeyd edək ki, sözügedən reportaj Müsavat.com-da yayımlanıb. L.Əliyev bildirib ki, ona hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əməkdaşları da kömək etməyə çalışıb, ancaq kişi israrla bütün təklifləri rədd edib.
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...