Koronavirusu məhv edən tibbi maska yaradıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliyanın paytaxtı Lissabonun Molekulyar Tibb İnstitutunun alimlər qrupu üzərinə düşən koronavirus hissəciklərini neytrallaşdırmağa qadir olan qoruyucu maska yaradıb.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, tədqiqatçılar sınaqların gedişatında maskanı koronavirus molekullarının olduğu məhlula salıblar.
“La Razon” nəşri yazır ki, bu halda koronavirus molekullarından 99 faizi bir saat sonra öz xüsusiyyətlərini itirib.
Bu effektin suya davamlı bir neçə təbəqə və xüsusi örtüklü innivativ parça sayəsində əldə edildiyi qeyd olunur.
Alimlər bildiriblər ki, sarğıdan bir neçə dəfə istifadə etmək olar. Fransanın Paster İnstitutunda aparılan sınaqlar nəticəsində məlum olub ki, onu azı 50 dəfə yumaq olar.
Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 16,1 milyonu ötüb, 647 mindən çox insandan COVID-19-un qurbanı olub.
Oxşar xəbərlər
Koronavirusun ən çox təhlükə törətdiyi ölkələr - SİYAHI
Dünyada COVID-19-a yoluxma hallarının sayı artır. Koronavirusun aşkarlandığı 213 ölkədə və bölgədə COVID-19-a ümumilikdə 9 354 860 yoluxma aşkarlanıb. BAKU.WS r...