Koronavirusu məhv edəcək vaksin hazırlandı - Pandemiyanı bitirəcək YENİLİK
30
noy
2020
16:56
ABŞ-ın əczaçılıq şirkəti "Moderna" tərəfindən istehsal olunan COVİD-19 peyvəndi ilə bağlı yeni bir açıqlama verilib.
BAKU.WS xəbər verir ki, son peyvənd sınaqlarında nəticələrin səmərəliliyi 94,1% olub. Xəstəliyin daha ağır hallarında isə bu nisbət 100%-ə bərabər olub.
Şirkətdən bildirilib ki, vaksinin koronavirusun qarşısını almaqda əhəmiyyətli rolu olacağına ümid edilir.
"Moderna" şirkəti 30 mindən çox insan üzərində aparılan peyvənd testlərində yüksək nəticə əldə olunduğunu açıqlayıb. Xüsusilə xəstəliyi ağır keçirənlərdə nəticələr daha ürəkaçandır.
Oxşar xəbərlər
COVID-19-a qarşı ən yaxşı vaksin məlum olub
ABŞ-ın “Moderna” biotexnologiya şirkətinin hazırladığı vaksin COVID-19-a qarşı 94,5 % effektivdir. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə məlumatı...