Koronaviruslu xəstələrlə çalışan tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə vaxtı uzadıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti avqustun 1-dək uzadılıb.
Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib. İndiyə qədər qüvvədə olan qərara əsasən, müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən 2021-ci il iyunun 1-dək olan müddət üçün ödənilib.
Oxşar xəbərlər
Həkimlərə koronavirusa görə əlavə maaş verilmir? - RƏSMİ CAVAB
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə müddətli əlavənin verilməməsi iddia edilib. Bununla bağlı BAKU.WS-...