Koronavirusla mübarizəyə cəlb edilən həkimlərin maaşı verilmir?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev koronavirusla mübarizəyə cəlb edilən həkimlərin maaşlarını ala bilmədiklərini açıqlayıb.
BAKU.WS xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova “Qafqazinfo”ya açıqlamasında Tədris Terapevtik Klinikasının Səhiyyə Nazirliyinin balansında olduğunu bildirib:
“Əgər məsələ bu klinikanın əməkdaşlarından gedirsə, onların maaşını Səhiyyə Nazirliyi verir. Digər klinikalarda çalışan və COVİD-19 ilə mübarizəyə cəlb olunmuş tibb işçilərinə ödənilən müddətli əlavələr isə Nazirlər Kabinetinin qərarı ilə verilir.
May və iyun ayları üçün bu qərar icra olunub. İyul ayı üçün isə Nazirlər Kabinetinin müvafiq qərarı yoxdur”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...