Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
26
okt
2023
10:31
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bu müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.
Əvvəlki qərarla həmin müddət 2023-cü il oktyabrın 2-dək nəzərdə tutulmuşdu.
Oxşar xəbərlər
Baş nazirdən maaşlarla bağlı YENİ QƏRAR - Yanvarın 1-dək...
Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əmək haqqına əlavənin müddəti uzadılıb. BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov q...