Koronavirusla bağlı XƏBƏRDARLIQ: alovlanma dövrü başlayıb - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlərdəki artım onu deməyə əsas verir ki, Azərbaycanda koronavirusun alovlanma dövrü başlayıb.
BAKU.WS "xezerxeber.az"-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, artıq bir həftədən çoxdur ölkəmizdə koronavirusa yoluxma hallarında sürətli mənfi dinamika müşahidə olunur. Bu isə artm sayının 10 dəfə çox olması deməkdir.
Baş infeksionist bildirib ki, yoluxanlar daha çox peyvənd olunmayan şəxslərdir.
"Hər kəs vaksinin effektivliyini bilməli və vaksinasiya prosesində iştirak etməlidir. İnsanlar arxayınlaşmamalı, təmas hallarını minumuma endirməli və sanitar gigiyenik tədbirlərə əməl etməlidir",- deyə baş infeksionist qeyd edib.
Oxşar xəbərlər
Baş infeksionistdən XƏBƏRDARLIQ: növbəti alovlanma dövrü başlayıb
Artıq bir həftədən çoxdur ki, ölkəmizdə koronavirusa yoluxma hallarında bu cür sürətli mənfi dinamika izlənməkdədir. Əgər bir müddət əvvəl rəqəmlər 200-dən artı...