Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər - RƏSMİ

Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər - RƏSMİ
Sosial 187

Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Qan Bankının məlumatında deyilir.

Bildirilir ki, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var:

"Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər