Koronavirusdan sağalan şəxs təkrar Britaniya ştammına yoluxa bilərmi? - İnfeksionistdən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycanda Britaniya ştammının olduğu rəsmən təsdiqlənib.
Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən BAKU.WS-ə bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
Koronavirusa yoluxan insan təkrarən Britaniya ştammına yoluxa bilərmi?
Məsələnin tibbi tərəfinə aydınlıq gətirmək üçün həkim-infeksionist Natiqə Qocayeva ilə əlaqə saxladıq. Natiqə Qocayeva BAKU.WS-ə bildirdi ki, bu virusa yoluxmaq istisna deyil.
“İmmunitet davamsızdır, təkrar yoluxma ola bilər. Bu insanın orqanizmindən, immunitet davamından asılıdır. Xəstəliyin necə keçirilməsi də fərdi ola bilər. Əslində bu virus tam öyrənilməyib deyə dəqiq söz demək çətindir”, - deyə həkim bildirib.
Qeyd edək ki, ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştamlara qarşı da effektivdir.
Natiqə Qocayeva deyir ki, vaksin vurduran adam da həmin virusa yoluxa bilər. Lakin bu zaman ölüm və ağırlaşma olmur.
Oxşar xəbərlər
Azərbaycanda SMS icazə sistemi tətbiq oluna bilər - AÇIQLAMA
"Azərbaycanda sms icazə sistemi, rayonlara gediş-gəlişlə bağlı qadağanın tətbiq olunma ehtimalı var. O cümlədən müəyyən iş yerlərində bağlanma da nəzərdə tutula...