Koronavirusdan "ölən" şəxs 1 ay sonra evinə qayıtdı
28
may
2020
23:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şri Lankada koronavirusdan "öldüyü" deyilən yaşlı kişi 1 aydan sonra evinə qayıdıb.
BAKU.WS olke.az-a istinadən xəbər verir ki, Dandirirs Fereyra adlı yaşlı şəxs küçəyə çıxma qadağasına görə evinə qayıda bilməyib.
Bu müddət ərzində onun koronavirusa yoluxduğu və öldüyü bildirilib. Daha sonra ailəsinə təhvil verilən naməlum meyit onun yaxınları tərəfindən dəfn edilib. Qadağa ləğv olunduqdan sonra yaşlı kişi evinə qayıdıb. Onu görən ailə üzvləri isə “dirilən” kişini görəndə şok keçiriblər.
Dandirisin yerınə dəfn olunan şəxsin isə kimliyi hələ də müəyyən olunmayıb.
Oxşar xəbərlər
Türkiyədə 1 iyundan etibarən bu qadağa ləğv olunur
Türkiyədə 1 iyundan etibarən şəhərlərə giriş-çıxış qadağası ləğv olunur. Həmçinin restoranlar, qəhvəxanalar, hovuzlar müəyyənləşdirilən qaydalar daxilində saat...