Koronavirusa yoluxan azərbaycanlı: "Çox axmaq xəstəlikdir" - VİDEO

Koronavirusa yoluxan azərbaycanlı: Çox axmaq xəstəlikdir - VİDEO
Video
Sosial 1999

Moskva şəhərində koronavirusa yoluxan azərbaycanlı kişi miqrant olduğundan ona tibbi yardım göstərilməyib.

BAKU.WS xəbər verir ki, o, bu barədə müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkədə paylaşdığı videoda danışılıb:

"Bu yaxın zamanlarda virusa yoluxdum. Vəziyyətim pisləşdi, evdə yatdım. Dəfələrlə təcili yardım çağırdım, miqrant olduğum üçün gəlmədilər. Rusiya dövləti bizə heç bir kömək etmədi. Vəziyyətim getdikcə ağırlaşdı, məcbur olub Rəqsanə xanımdan kömək istədim. Sağ olsun, yardım əlini uzatdı. Məni Moskvada xəstəxanaya yerləşdirdi. Nə lazımdırsa, edildi. İndi şükür, yaxşıyam. Rəqsanə xanımın və onun çevrəsindəki insanların sayəsində həyatdayam. Rəqsanə xanım olmasaydı, indi yox idim. Həyatımı ona borcluyam. Ay xalqım, ay millətim, çox axmaq xəstəlikdir, özünüzü qoruyun. Evdən çıxmayın".

Rəqsanə xanım videonu paylaşarkən bu şəxsin onun xəstəxanaya yerləşdirdiyi dördüncü COVİD-19 virusu daşıyıcısı olduğunu qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər