Koronavirusa qarşı peyvəndlə bağlı MÜHÜM AÇIQLAMA

Koronavirusa qarşı peyvəndlə bağlı MÜHÜM AÇIQLAMA
Sosial 531

Ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov poliklinika həkimlərinə və ürək damar xəstələrinə müraciət edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, deputat ürək-damar xəstələrinin koronavirusa qarşı peyvənd vurdura biləcəyini söyləyib.

“Bütün açıq ürək və stendləmə əməliyyatı olunan pasiyentlərim, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVİD-19 peyvəndi (SinoVac) vurdura bilər.

Hətta ürək-damar xəstəliyi olan insanların sağlam insanlarla müqayisədə daha tez peyvənd olunmasını tövsiyə edirik”, - deyə həkim əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər