Koronavirus xəstəliyi yayılmış ölkələrə səyahət etmiş şəxslərin nəzərinə! - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) koronavirus (COVİD–19) xəstəliyi yayılmış ölkələrə səyahət etmiş şəxslər üçün tövsiyələr verib.
BAKU.WS xəbər verir ki, məlumatda respirator xəstəliyin əlamətlərinin öskürək, qızdırma, ürəkbulanma, nəfəs darlığı olduğu bildirilib:
"Koronavirus xəstəliyi rəsmi olaraq qeydə alınmış ölkələrə səyahət etmiş şəxslərin üzərində müşahidələrin aparılması son təmasdan sonrakı 14 gün ərzində nəzərdə tutulur.
Müşahidə müddətində (14 gün) mümkün qədər evinizi tərk etməyin, insanların sıx toplandığı yerlərə getməyin, şəxsi gigiyena qaydalarına ciddi riayət edin. Tez-tez əllərinizi su və sabunla 20 saniyə ərzində yuyun. İstifadə etdiyiniz dəsmaldan ailə üzvlərinizin istifadə etməsinə yol verməyin.
Respirator xəstəlik əlamətləri hiss etdiyiniz halda dərhal 104 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edin və həkim müayinəsindən keçin".
Oxşar xəbərlər
Koronavirusdan necə qorunmaq olar? - TÖVSİYƏLƏR
Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı tövsiyələrini açıqlayıb. BAKU.WS tövsiyələri tə...