Koronavirusa yoluxub-yoluxmadığınızı belə öyrənə bilərsiniz - QAYDALAR
Çində yayılan koronavirusla bağlı dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da təşviş yaşanır.
Ən həyəcanlı məqamlardan biri də Çindən gələnlərin bu virus daşıyıcısı olmaları və onun yayılması idi.
Bəs bu virusa yoluxub-yoluxmadığımızı necə yoxlaya bilərik?
Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bunun üçün ölkəmizə xüsusi testlər gətirilib. Azərbaycanda koronavirusun diaqnostikası bu testlər vasitəsilə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılır.
Virusa yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr mərkəzdə testlər vasitəsilə yoxlanılır.
Nazirlikdən həmçinin bildirilib ki, ilk dəfə olaraq bu test Çinin koronavirus qeydə alınan ərazilərindən gələn 12 nəfər üzərində keçirilib.
Kliniki Tibbi Mərkəzdən nazirliyə verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi üçün ölkəyə gətirilən testlər vasitəsi ilə yoxlanılıb.
Bu testlərin cavabları mənfi olub. Yəni həmin şəxslərdə xəstəlik aşkarlanmayıb.
Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilənlər barədə mətbuata gündəlik məlumat verilib.
Bəs digər vətəndaşlar bu yoxlamaları necə həyata keçirə bilərlər?
Səhiyyə Nazirliyindən BAKU.WS-in suallarına cavab olaraq bildirilib ki, vətəndaşda virusla bağlı şöbhə yarandıqda qeydiyyatda olduğu poliklinika və ya tibb müəssisəsinə müraciət etməlidir.
Bundan sonra vətəndaşın sahə üzrə həkimi lazım gəldikdə ona bildiriş verir. Bildiriş nəticəsində xəstə xüsusi ayrılmış tibb müəssisəsinə yönləndiriləcək.
Tutaq ki, xəstə Kliniki Tibbi Mərkəzə yönləndirildi və orada ehtiyac yarandıqda test üçün Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə aparılacaq.
Bəs virusdan necə qorunmaq olar?
Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı tövsiyələrini açıqlayıb.
BAKU.WS tövsiyələri təqdim edir:
Özünüzü və başqalarını xəstəlikdən qoruyun
• Əllərinizi yuyun
• öskürdükdən və asqırdıqdan sonra
• xəstələrə qulluq edərkən
• yemək hazırlayarkən, əvvəl və sonra
• yeməkdən əvvəl
• tualet istifadəsindən sonra
• əllər vizual olaraq çirkli göründükdə
• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra
Əllərinizi yuyun
• Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun
• Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin
Başqalarını xəstələnmədən qoruyun
• Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün
• İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın
• Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun
Özünüzü xəstələnməkdən qoruyun
Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin
Qida təhlükəsizliyini tətbiq edin
Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin
Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun
Xəstə və ölü heyvanlar yeyilməməlidir
Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun.
Gözlərə, burun və ya ağzınıza toxunmayın
Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin
Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin
Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin
Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin
İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın
Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin
Koronavirus infeksiyası riskini azaldın:
Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun
Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın
Ət məhsullarını və yumurtanı tam bişirin
Canlı vəhşi və ferma heyvanları ilə birbaşa təmasdan çəkinin.
Oxşar xəbərlər
Azərbaycanda koronavirus şübhəsi olan şəxslərin test cavabları məlum oldu
Çinin koronavirus qeydə alınan ərazilərindən gələn 12 nəfərdə virusun olub-olmaması müəyyənləşib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə...